DevLab

Ədədlərlə Oyun

Asan
ArrayBit ManipulationXOR
3000 ms
256 MB

Xor massivi

Sizə n elementdən ibarət a tam ədədlər massivi verilir.

Bu massiv əsasında yeni bir massiv qurulmalıdır.

Yeni massiv aşağıdakı qaydaya əsasən formalaşdırılır:

  • a massivinin elementləri soldan sağa doğru cüt-cüt götürülür.

  • Hər iki qonşu element üçün onların bitwise XOR (^) əməliyyatının nəticəsi yeni massivə əlavə olunur.

  • Əgər a massivində sonuncu element cütsüz qalarsa, həmin element dəyişdirilmədən yeni massivə əlavə edilir.

Giriş verilənləri

Birinci sətirdə bir tam ədəd n — massivin elementlərinin sayı verilir.

İkinci sətirdə boşluqlarla ayrılmış n tam ədəd a[1], a[2], ..., a[n] verilir.

Çıxış verilənləri

Yeni qurulmuş massivin elementlərini boşluqla ayrılmış şəkildə çap edin.

1Nümunə 1:
Giriş:
5 10 11 1 2 3
Çıxış:
1 3 3
2Nümunə 2:
Giriş:
4 5 9 7 6
Çıxış:
12 1

Məhdudiyyətlər

1 ≤ n ≤ 10^5

1 ≤ arr[i] ≤ 10^7

REDAKTOR
Giriş edin
Giriş:
5 10 11 1 2 3
Çıxış:
1 3 3