Palindrom Hasillər
Palindrom ədəd həm soldan sağa, həm də sağdan sola oxunduqda eyni qalan ədəddir. Sizə min və max tam ədədləri verilmişdir. [min, max] aralığındakı iki ədədin hasili kimi alınan palindrom ədədlər arasından ya ən kiçiyini (smallest), ya da ən böyüyünü (largest) tapın. Tapılmış palindromu yaradan bütün vuruq cütlərini müəyyən edin. Hər iki vuruq [min, max] aralığında olmalıdır.
Giriş verilənləri
Bir sətirdə üç parametr verilir:
min — aralığın başlanğıcı
max — aralığın sonu
property — axtarış növü ("smallest" və ya "largest")
Çıxış verilənləri
Əgər min > max olarsa, aşağıdakı mətni çap edin:
error: min must be <= max
Əgər verilmiş aralıqda uyğun palindrom hasil mövcud deyilsə, null çap edin.
Əks halda, əvvəlcə tapılmış palindromun qiymətini, sonra isə onu yaradan bütün vuruq cütlərini çap edin.
Vuruq cütləri artan sıra ilə verilməlidir və aşağıdakı formatdan istifadə olunmalıdır:
Dəyər : [vuruq1, vuruq2] [vuruq3, vuruq4] ...
Məhdudiyyətlər
property = "smallest" veya "largest"