DevLab

ISBN Yoxlayıcısı

Asan
string
3000 ms
256 MB

ISBN-10 yoxlama prosesi kitabların identifikasiya nömrələrini (ISBN) təsdiqləmək üçün istifadə olunur. Bu nömrələr adətən tirelərlə ayrılır və bu şəkildə görünür: 3-598-21508-8.

ISBN Formatı:

ISBN-10 formatı 9 ədəd rəqəmdən (0-dan 9-a qədər) və bir ədəd "yoxlama simvolundan" (check character) ibarətdir. Yoxlama simvolu ya bir rəqəm, ya da yalnız X hərfi ola bilər. Əgər yoxlama simvolu X-dirsə, bu, 10 dəyərini təmsil edir (X simvolu sətrin başqa heç bir yerində istifadə edilə bilməz, yalnız ən sonda gələ bilər).

Bu nömrələr tireli və ya tiresiz daxil edilə bilər. Bir nömrənin düzgün olub-olmadığını aşağıdakı riyazi formula ilə yoxlamaq olar:

  • d1 x 10 +d2 x 9 + d3 x 8 + d4 x 7 + d5 x 6 + d6 x 5 + d7 x 4 + d8 x 3 + d9 x 2 + d10 x 1

Əgər bu riyazi əməliyyatın nəticəsi 0 olarsa, deməli bu etibarlı (valid) bir ISBN-10 nömrəsidir, əks halda etibarsızdır.

Sizin Vəzifəniz:

Verilmiş sətrin etibarlı bir ISBN-10 nömrəsi olub-olmadığını yoxlayan proqram yazmaq. Proqram həm tireli, həm də tiresiz ISBN-ləri yoxlaya bilməli və sətirdə başqa heç bir kənar simvolun olmadığına əmin olmalıdır.

Giriş verilənləri:

Tək bir sətirdə ISBN-10 nömrəsini təmsil edən S sətri verilir. (Sətir tamamilə boş da ola bilər, bu halda etibarsız sayılır. Odur ki, girişləri oxuyarkən diqqətli olun).

Çıxış verilənləri:

Əgər sətir etibarlı ISBN-10-dursa true, əks halda false çap edin.

1Nümunə 1:
Giriş:
3-598-21508-8
Çıxış:
true
REDAKTOR
Giriş edin
Giriş:
3-598-21508-8
Çıxış:
true