DevLab

Yüksək Xallar

Asan
arraysorting
3000 ms
256 MB

Bütün zamanların ən çox satılan və ən asılılıq yaradan klassik arkada oyunlarından biri olan "Frogger" üçün Yüksək Xallar (High Score) sistemini qurmalısınız.

Oyunçu oyunu oynadıqca qazandığı xallar ardıcıl olaraq sistemin yaddaşına yazılır. Sizin vəzifəniz bu xallar siyahısı üzərində 4 fərqli analitik əməliyyatı yerinə yetirən proqram yazmaqdır.

Dəstəklənən Komandalar:

  • SCORES – Bütün xalları yaddaşa daxil edildiyi ardıcıllıqla qaytarır.

  • LATEST – Sistemə daxil edilmiş ən sonuncu xalı qaytarır.

  • BEST – İndiyə qədər qazanılmış ən yüksək xalı (Personal Best) qaytarır.

  • TOP_THREE – Ən yüksək 3 xalı böyükdən kiçiyə (descending) doğru qaytarır. Əgər siyahıda 3-dən az xal varsa, mövcud olanların hamısını böyükdən kiçiyə doğru qaytarır.

  • IMMUTABILITY_TEST – Tələbənin orijinal siyahını korlayıb-korlamadığını yoxlamaq üçün əvvəlcə TOP_THREE əməliyyatını, yeni sətirdə isə SCORES əməliyyatını çap edir. Əgər tələbə axtarış zamanı əsas massivi dəyişibsə, ikinci sətir səhv çıxacaq.

Giriş verilənləri:

  • 1-ci sətirdə xalların sayını bildirən N tam ədədi verilir.

  • 2-ci sətirdə aralarında boşluq olmaqla oyunçunun ardıcıl qazandığı N ədəd xal verilir.

  • 3-cü sətirdə icra edilməli olan komandanın adı verilir.

Çıxış verilənləri:

Tələb olunan komandanın nəticəsini (rəqəmlərin arasında tək boşluq olmaqla) çap edin.

1Nümunə 1:
Giriş:
4 30 50 20 70 SCORES
Çıxış:
30 50 20 70
2Nümunə 2:
Giriş:
13 10 30 90 30 100 20 10 0 30 40 40 70 70 TOP_THREE
Çıxış:
100 90 70
REDAKTOR
Giriş edin
Giriş:
4 30 50 20 70 SCORES
Çıxış:
30 50 20 70