DevLab

Armstronq Ədədi

Asan
mathimplementation
3000 ms
256 MB

Armstronq ədədi elə bir ədəddir ki, onun rəqəmlərinin hər birinin həmin ədəddəki rəqəmlərin sayı qədər qüvvətə yüksəldilib toplanması ədədin tam olaraq özünə bərabər olur.

Məsələn:

  • 9 Armstronq ədədidir, çünki: 9 = 91 = 9

  • 153 Armstronq ədədidir, çünki: 153 = 13 + 53 + 33 = 1 + 125 + 27 = 153

Sizin vəzifəniz verilmiş ədədin Armstronq ədədi olub-olmadığını müəyyən edən proqram yazmaqdır.

Giriş verilənləri:

Girişdə tək bir mənfi olmayan tam ədəd (N) verilir.

Çıxış verilənləri:

Verilmiş ədəd Armstronq ədədidirsa true, əks halda false çap edin.

1Nümunə 1:
Giriş:
153
Çıxış:
true
2Nümunə 2:
Giriş:
10
Çıxış:
false

Məhdudiyyətlər

  • 0 <= N <= 109

REDAKTOR
Giriş edin
Giriş:
153
Çıxış:
true