DevLab

Çeşidlənmiş Sətirlər

Asan
stringsort
1000 ms
256 MB

Sizə bir sətir verilir. Bu sətirdəki bütün simvolları (hərflər, rəqəmlər və boşluqlar) əlifba sırası ilə, yəni onların ASCII cədvəlindəki ədədi qarşılıqlarına əsasən artan qaydada sıralamaq tələb olunur.

Unutmayın ki, hər bir simvolun kompüter yaddaşında xüsusi bir ədədi qarşılığı vardır. Məsələn:

  • Boşluq simvolunun dəyəri (32) ən kiçikdir.

  • Rəqəmlərin dəyəri (48-57 arası) hərflərdən kiçikdir.

  • Böyük hərflərin ASCII dəyərləri (65-90) kiçik hərflərin dəyərlərindən (97-122) daha kiçikdir.

Giriş verilənləri:

  • Tək bir sətirdə uzunluğu 105 simvoldan çox olmayan bir sətir verilir. Sətir boşluqlardan, rəqəmlərdən və latın əlifbasının hərflərindən ibarət ola bilər.

Çıxış verilənləri:

  • Bütün simvolları ASCII dəyərlərinə görə artan qaydada sıralanmış yeni sətiri çap edin. (Qeyd: Əgər sətirdə boşluqlar varsa, sıralandıqdan sonra onlar sətrin ən əvvəlində yer alacaq).

1Nümunə 1:
Giriş:
Iloveprogramming
Çıxış:
Iaeggilmmnooprrv

Məhdudiyyətlər

  • 1 ≤ L ≤ 105 (Burada L sətrin uzunluğunu bildirir)

REDAKTOR
Giriş edin
Giriş:
Iloveprogramming
Çıxış:
Iaeggilmmnooprrv