Alqoritm və Kontent Mühəndisi (Bootcamp & Təcrübə Proqramı)
İş Haqqında
DevLink olaraq lokal developer ekosistemi üçün yeni nəsil proqramlaşdırma və kod icra platforması qururuq.
Hazırda əsas fokusumuz olan DevCode platformasında:
real-time kod icra mühərriki,
alqoritmik tapşırıq bazası,
yarış infrastrukturu,
judge sistemi,
developer learning ecosystem
üzərində çalışırıq.
2026 yay dönəmində əsas hədəflərimiz:
platformanın məsələ bazasını 500+ problemə çatdırmaq,
sistemin geniş stres-test mərhələsini keçmək,
sentyabr ayında böyük “DevCup” proqramlaşdırma yarışını təşkil etməkdir.
Bu məqsədlə 4–5 nəfərlik xüsusi engineering komandası formalaşdırırıq.
Vəzifə Öhdəlikləri
CSES, Exercism və digər qlobal platformalardan fundamental alqoritmik məsələlərin seçilməsi
Problem statement-lərin strukturlaşdırılması və standartlaşdırılması
AI alətlərindən istifadə edərək məsələlərin texniki korrektəsinin yoxlanılması və lokallaşdırılması (AZ / EN / RU)
Test case-lərin hazırlanması və edge-case analizləri
Daxil edilən məsələlərin platformanın Go backend judge mühərrikində yoxlanılması
Real zaman və yaddaş limitləri altında stres-testlərin aparılması
DevCup yarış bazasının hazırlanmasında iştirak
Nə Qazanacaqsınız?
Real engineering mühitində platforma inkişaf prosesində iştirak
Problem engineering və test design təcrübəsi
AI-assisted engineering workflow ilə işləmək bacarığı
Judge systems və backend infrastructure haqqında praktiki anlayış
Real komanda və məhsul üzərində çalışma təcrübəsi
Seçilmiş iştirakçılar üçün əlavə olaraq ödənişsiz şəkildə aşağıdakı proqram tədris olunacaq:
Developer Alətləri: Linux, Git və Docker-in Əsasları
Programı uğurla tamamlayan iştirakçılar gələcəkdə DevLink əsas komandasına keçid üçün prioritet nəzərə alınacaq.
Tələblər
- Alqoritmlər və məlumat strukturları (Data Structures) haqqında fundamental və ya başlanğıc səviyyədə biliklər (Array, Loops, Functions, Sorting və s.).
- Süni intellekt alətləri (ChatGPT, Claude və s.) ilə işləmək və düzgün sorğular (Prompting) vermək bacarığı.
- Həftəlik təyin olunan 10 məsələlik kvotanı vaxtında və keyfiyyətli şəkildə təhvil verə biləcək fərdi məsuliyyət və intizam.
- Öyrənməyə, xüsusilə Backend (Java/Go) və DevOps istiqamətinə güclü maraq.
Üstünlükdür
- C++, Java, Go və ya Python dillərindən minimum birində kod yaza bilmək (Məsələlərin həllini yoxlamaq üçün).
- Texniki ingilis dili bilikləri (Qlobal resurslardan məsələləri rahat oxuyub anlamaq üçün).
- Git və ya GitHub haqqında ilkin anlayış.